...

Azərbaycanda yay aylarında alternativ su mənbələrindən istifadə edilə bilər

Cəmiyyət Materials 5 İyun 2018 18:11 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu il Azərbaycanda əsasən yay aylarında alternativ su mənbələrindən istifadə edilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov deyib.

Q.Hüseynovun sözlərinə görə, artıq Gədəbəy və Lerikdə alternativ su mənbələrinin yaradılması üzrə işlər tamamlanmaq üzrədir:

"Hazırda Şamaxıda bu işlər davam etdirilir. Yay mövsümünə qədər Gədəbəy və Lerikdə işləri tamamlaya biləcəyik. Bu ilin sonuna layihənin başa çatdırılması gözlənilir. Tovuzda isə layihə başa çatmasa da, böhran dövründə köhnə xətti istifadəyə verməklə su qıtlığının qarışısını alacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti