Bakı. Samir Əli -Trend:
2017-cu ildə Azərbaycanda ümumilikdə 103 min hektar əraziyə suvarma suyu çəkilib.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə deyib.
Ə.Əhmədzadənin sözlərinə görə, bu, çox böyük rəqəmdir: "Əvvəlki ildə bunu ancaq arzu etmək olardı. Bu torpaqların da əksəriyyəti əkin üçün yararsız torpaqlar olub. Bu il bu tədbirlər davam etdirilir. Bu il 100 min hektara yaxın torpaqlar su ilə təmin ediiləcək".
Ə.Əhmədzadə bildirib ki, bu il Goranboy Aqroparkı yaradılıb. Bu arqoparkdan Şəmkirçay su anbarı vasitəsilə 4700 hektar sahəyə su çatdırılıb. Bu da Şəmkirçay Su Anbarının böyük əhəmiyyətə malik olduğunu göstərir.