...

Bakıdakı güclü yanğınla əlaqədar havanın çirklənmə səviyyəsi müəyyən edilir (FOTO)

Cəmiyyət Materials 19 İyun 2018 10:22 (UTC +04:00)
Ekologiya və Təbi Sərvətlər Nazirliyi paytaxtın Ziya Bünyadov prospektindəki tikinti materiallarının satışı bazarında baş verən yanğınla bağlı məlumat yayıb.
Bakıdakı güclü yanğınla əlaqədar havanın çirklənmə səviyyəsi müəyyən edilir (FOTO)

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbi Sərvətlər Nazirliyi paytaxtın Ziya Bünyadov prospektindəki tikinti materiallarının satışı bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, naməlum səbəbdən baş vermiş yanğın nəticəsində havaya qatı tüstü və qoxu yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə gedib, monitorinq və araşdırma işlərinə başlayıb.

Mütəxəssislər atmosferə yayılan tüstü axını və qoxu ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar-mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb. Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.

Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti