...

Azərbaycan türk ölkələrinin alimləri üçün mükafatlar təsis etməyi təklif edir

Cəmiyyət Materials 28 İyun 2018 11:56 (UTC +04:00)
Azərbaycan Türk Dünyası Akademiyaları Birliyinin elm sahəsində adlı mükafatlar təsis etməsini təklif edir.
Azərbaycan türk ölkələrinin alimləri üçün mükafatlar təsis etməyi təklif edir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Türk Dünyası Akademiyaları Birliyinin elm sahəsində adlı mükafatlar təsis etməsini təklif edir.

Trend-in məlumatına görə, bu təkliflə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli "Türk dünyasında müstəqil dövlətçilik ənənəsi və inkişafın müasir problemləri" mövzusunda keçirilən konfransda çıxış edib.

İ.Həbibbəyli Azərbaycanda artıq bir necə ildir ki, Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə alimlərə adlı mükafatların verildiyini söyləyib: "Türk dünyası üçün fərqli adlı mükafatlar verilə bilər. Məsələn, Yunis İmrə, Yusif Məmmədəliyev və s. adlı mükafatlar təsis edilə bilər. Azərbaycan aliminin adına olan mükafat başqa bir türk ölkəsinin aliminə verilə bilər. Bu, ölkələr arasındakl əlaqələrin daha da inkişaf etməsinə səbəb olar".

İ.Həbibbəyli bildirib ki, türk dünyasının elm qurumları ilə əməkdaşlıq Qərb universitetləri və elm qurumları ilə müqayisədə ləng inkişaf edir: "Buna baxmayaraq, türk dünyasının elm qurumları ilə qarşılıqlı müqavilələrin bağlanması sahəsində irəliləyişlər var. Qərb dünyası ilə müqayisədə türk dünyasının elm qurumları ilə əməkdaşlıq üçün daha çox iş görülməlidir. Bütün bunlarla bərabər etiraf etməliyik ki, 2015-ci ildə Beynəlxalq Türk Akademiyasının bazasında yaradılan Beynəlxalq Türk Dünyası Elmlər Akademiyası Birliyinin işləri arzuolunan səviyyədə deyil. Hazırda yalnız bir ortaq proqramdan başqa, türk dünyasının akademiyaları arasında digər problemlərə həsr olunan proqramlar həyata keçirilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti