...

Səhiyyə Nazirliyi İSTİDƏN ölənlərin olması barədə məlumatları təkzib etdi

Cəmiyyət Materials 5 İyul 2018 12:57 (UTC +04:00)
Səhiyyə Nazirliyi küçədə yüksək temperaturdan dünyasını dəyişənlərin olması barədə yayılan məlumatları təkzib edib.
Səhiyyə Nazirliyi İSTİDƏN ölənlərin olması barədə məlumatları təkzib etdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi küçədə yüksək temperaturdan dünyasını dəyişənlərin olması barədə yayılan məlumatları təkzib edib.

Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Trend-ə bildirib ki, istidən dünyasını dəyişənlərin olması barədə deyilənlər düzgün məlumat deyil: "Əgər belə hadisələr olsaydı, bundan ilk xəbər tutan Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti olardı".

S.Əhmədova deyib ki, ötən gün ərzində yolda yalnız iki ölüm hadisəsi qeydə alınıb: "Onlardan biri 48 yaşlı Oleq Abramov “Koroğlu” metrostansiyasının qarşısında, ikincisi isə Günəşli qəsəbəsində avtobusda dünyasını dəyişən 73 yaşlı sakin olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti