...

Azərbaycan-Fransız Universitetinin 40 ən yaxşı tələbəsi Yay məktəbinə qatılıb

Cəmiyyət Materials 9 İyul 2018 17:54 (UTC +04:00)
UFAZ-ın 40 tələbəsi Strasburqda təşkil olunan Yay məktəbində iştirak edirlər.
Azərbaycan-Fransız Universitetinin 40 ən yaxşı tələbəsi Yay məktəbinə qatılıb

Bakı. Ləman Zeynalova – Trend:

UFAZ-ın 40 tələbəsi Strasburqda təşkil olunan Yay məktəbində iştirak edirlər.

Trend-in məlumatına görə, Azərbaycan-Fransız Universitetinin (UFAZ) 40 ən yaxşı tələbəsi 30 iyun-15 iyul tarixlərində Fransanın Strasburq şəhərində artıq ikinci il təşkil edilən və UFAZ tərəfindən maliyyələşən iki həftəlik Yay məktəbində iştirak edirlər.

UFAZ Yay məktəbi universitetin 40 ən yaxşı akademik nəticə göstərmiş tələbələri üçün Fransa haqqında, onun dili və mədəniyyəti ilə tanış olmaq üçün təqdim etdiyi unikal və müstəsna imkandır.

Yay məktəbi proqramına gündəlik fransız dərsləri, eləcə də universitetin elmi laboratoriyalarında praktik dərslər daxildir. Fransaya bu səfər həmçinin özündə mədəni və tarixi fəaliyyətləri, o cümlədən qədim Strasburq şəhərinə və onun kilsəsinə, həmçinin Avropa qurumlarına (Avropa Şurası və Avropa Parlamenti) səyahətlərini birləşdirir.

Eyni zamanda Strasburq Universitetinin tələbə statusunu daşıyan UFAZ tələbələrinin Strasburq Universitetinin Prezidenti Michel Deneken tərəfindən qəbul ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti