...

Bu il radikallığı təbliğ edən 19 kitabın Azərbaycana idxalının qarşısı alınıb

Cəmiyyət Materials 1 Oktyabr 2018 12:07 (UTC +04:00)
Ötən il ərzində ümumilikdə dinşünaslıq ekspertizasına daxil olan 1540 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.
Bu il radikallığı təbliğ edən 19 kitabın Azərbaycana idxalının qarşısı alınıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən il ərzində ümumilikdə dinşünaslıq ekspertizasına daxil olan 1540 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-iyun aylarında 483 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb: "Ölkədə ötən il nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 313 adda dini ədəbiyyatın 4-nün çapı məqsədəuyğun sayılmayıb. Bu ilin yanvar-iyun ayları ərzində nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 104 adda dini ədəbiyyata baxılıb, onlardan 22-nin çapı məqsədəuyğun sayılmayıb. Ötən il 613 adda (754.561ədəd ), bu ilin yanvar-iyun aylarında 171 adda (253.010 ədəd) dini ədəbiyyata nəzarət markası verilib".

N.Məmmədov bildirib ki, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlləri ilə müqayisədə indi ölkədə dini ədəbiyyatın nəşri sahəsi daha yaxşı tənzimlənən bir sahə olub: "Həmin dövrdə bu sahə bərbad vəziyyətdə idi. Kim harada istəyirdisə, kitab nəşr edib, onu satırdı".

Onun sözlərinə görə, ədəbiyyatlarda dini nifrət və düşmənçiliyə rəvac verən fikirlərin olmaması ekspertiza zamanı nəzərə alınan əsas meyarlardandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti