...

Nazirlik: Summativ qiymətləndirmənin nəticələrinin 100 ballıq şkala ilə qiymətləndirilməsi ədalətsizliyi aradan qaldıracaq

Cəmiyyət Materials 4 Yanvar 2019 12:53 (UTC +04:00)
Summativ qiymətləndirmənin nəticələrinin 100 ballıq şkala ilə qiymətləndirilməsi ədalətsizliyi aradan qaldıracaq
Nazirlik: Summativ qiymətləndirmənin nəticələrinin 100 ballıq şkala ilə qiymətləndirilməsi ədalətsizliyi aradan qaldıracaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Summativ qiymətləndirmənin nəticələrinin 100 ballıq şkala ilə qiymətləndirilməsi ədalətsizliyi aradan qaldıracaq.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

E.Əmrullayev qeyd edib ki, summativ qiymətləndirmə qaydalarının tədris ilinin ortasından tətbiqi heç bir problem yaratmayacaq: "Belə deyilir ki, ilin ortasından bunu necə tətbiq etmək olar? Ancaq biz bu qaydaların tədris ilinin ortasından tətbiqi üçün bir maneə görmürük. Düzdür, bəzi məktəblərdə 1-ci siniflərdə summativ qiymətləndirmə aparılıb, çünki mövcud qaydalar belə idi. Bundan sonra məktəblərdə 1-ci siniflər üçün summativ qiymətləndirmə aparıla bilməz. Məktəblərdə Böyük Summativ Qiymətləndirmələrin keçirilməsinə isə hələ başlanılmayıb. Qiymətləndirmələr yarımillərin sonunda aparılır".

Nazirlik rəsmisinin sözlərinə görə, orta məktəblərdə summativ qiymətləndirmə zamanı təqdim olunan sualların 4 ağırlıq dərəcəsi olur: "İctimaiyyətdə belə yanlış təsəvvür var ki, bütün məktəblərdə qiymətləndirmə eyni olmalıdır. Belə olduqda fizika-riyaziyyat təmayüllü siniflər üçün nəzərdə tutulmuş sualları adi kənd orta məktəbin şagirdlərinə vermək olmaz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti