...

Azərbaycanda bəzi reklam qurğularının quraşdırılması üçün icazə alınmayacaq

Cəmiyyət Materials 28 Yanvar 2019 13:53 (UTC +04:00)
Azərbaycanda açıq məkanda reklam qurğularının tikintisinə və quraşdırılmasına icazəsinin verilməsi proseduru sadələşdirilir.
Azərbaycanda bəzi reklam qurğularının quraşdırılması üçün icazə alınmayacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda açıq məkanda reklam qurğularının tikintisinə və quraşdırılmasına icazəsinin verilməsi proseduru sadələşdirilir.

Trend-in məlumatına görə, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliyin edilməsi nəzərdə tutulur.

Məcəllənin hazırkı variantına görə, açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə müvafiq icra hakimiyyəti orqanı icazə verir.

Yeni dəyişikliklərdə isə reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazənin verilməsi prosedurunun sadələşdirilməsi təklif edilir.

Belə ki, reklam yerləşdirilməsi üçün nəzərdə tutulan ərazi 60 kvadrat metrdən az olduqda tikintiyə icazə sənədinin alınmasına ehtiyac qalmayacaq. Bu reklam qurğularının quraşdırılması və sökülməsi qaydası “Reklam haqqında” qanuna təklif edilən dəyişikliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu dəyişikliklər Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti