...

Suvarma sistemlərində su itkilərinin müəyyənləşdirilməsi qaydası hazırlanır

Cəmiyyət Materials 3 Aprel 2019 14:20 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Hidrotexnika və Meliorasiya Elm İstehsalat Birliyi tərəfindən “Suvarma sistemlərində su itkilərinin müəyyənləşdirilməsi” qaydası hazırlanır.

Trend-in məlumatına görə, bu qaydalar Hesablama Palatasının təklifi ilə hazırlanıb.

Palata suvarma suyundan qənaətlə istifadənin tənzimlənməsi məqsədilə suvarma sistemlərində su itkilərinin müəyyənləşdirilməsi qaydalarının hazırlanmasını təklif edib.

Qaydalar hazırlanıb aidiyyatı qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti