...

Azərbaycan vətəndaşları daha çox Türkiyədə insan alverinin qurbanı kimi istismara məruz qalırlar

Cəmiyyət Materials 30 Aprel 2019 09:44 (UTC +04:00)
Ötən il Azərbaycanda 22-i uşaq olmaqla, 863 nəfər alverinin qurbanı olub.
Azərbaycan vətəndaşları daha çox Türkiyədə insan alverinin qurbanı kimi istismara məruz qalırlar

Bakı. İlhamə İsabalayeva – Trend:

Ötən il Azərbaycanda 22-i uşaq olmaqla, 863 nəfər alverinin qurbanı olub.

Trend-in məlumatına görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun “Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair” illik məlumatında qeyd edilib.

2018-ci ildə Azərbaycanda insan alveri qurbanlarının 812-si qadın, 73-ü kişi olub.

Ötən il ərzində insan alveri qurbanları arasında böyüklərin xüsusi çəkisi artıb. 2018-ci ildə insan alveri qurbanlarının 98 faizi böyüklər olduğu halda, 2017-ci ildə bu göstərici 71, 2016-cı ildə 70, 2015-ci ildə 63 faiz olub.

İnsan alveri qurbanlarının məruz qaldığı ölkələrin sırasında ilk yeri (70 faiz) Türkiyə tutur. İnsan alveri qurbanlarının 11 faizi Rusiyada, 9 faizi Birləşmiş Ərəb Əmirliyində, 6 faizi Azərbaycanda, 2 faizi Malayziyada, 1 faizi Pakistanda, 1 faizi İranda istismara məruz qalıb.

Ümumilikdə 2005-2018-ci illərdə insan alveri və məcburi əmək cinayətlərinə görə 543 nəfər məsuliyyətə cəlb edilib. Onların 81-i (15 faiz) kişi, 462-si (85 faiz) qadın olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti