...

Qazaxıstan Azərbaycana oyuncaq satmaq istəyir

Cəmiyyət Materials 3 İyun 2019 15:11 (UTC +04:00)

Bakı. Fəxri Vəkilov - Trend:

Qazaxıstanın Şimkent şəhərində dəyəri 60 milyon təngə olan polietilen oyuncaqlar istehsalı müəssisəsi işə salınıb.

Trend-in məlumatına görə, müvafiq layihə "Ontustik" sənaye zonasında həyata keçirilib.

Müəssisənin gücü ildə 150 min ədəd məhsul təşkil edir. Hazırda bu istehsalat sahəsinin Qazaxıstan ərazisində ayda 10 min oyuncağı satılır.

Şəhər administrasiyasından bildiriblər ki, Azərbaycan və Qırğızıstandan olan sahibkarlarla məhsul tədarükü barədə müqavilə imzalamaq üçün danışıqlar aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti