...

Bayram günlərində avtobuslarla bölgələrə və paytaxta 28 min 400 nəfər daşınıb

Cəmiyyət Materials 7 İyun 2019 09:34 (UTC +04:00)
Bayram günlərində avtobuslarla bölgələrə və paytaxta 28 min 400 nəfər daşınıb
Bayram günlərində avtobuslarla bölgələrə və paytaxta 28 min 400 nəfər daşınıb

Bakı. Samir Əli - Trend:

Bayram günlərində avtobuslarla bölgələrə və paytaxta 28 min 400 nəfər daşınıb

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Trend-ə bildirib ki, Ramazan bayramı ilə əlaqədar iyunun 5-i və 6-da Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla ölkənin 56 avtovağzal və avtostansiyalarından 28 min 400 sərnişin daşınıb:

"Bu, həm paytaxt Bakıdan bölgələrə, həm də bölgələrdən paytaxta daşınan sərnişinlərin sayıdır. İyunun 6-da isə 15 min 620 sərnişin daşınıb. Bölgələrdən Bakıya daşınanların sayı 11 min 920 nəfər, paytaxtdan bölgələrə daşınanların sayı isə 3 min 700 nəfər olub. Gün ərzində 718 nəfər isə beynəlxalq istiqamətdə daşınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti