...

Xarici tələbələr ADU-nun qonağı olublar (FOTO)

Cəmiyyət Materials 10 İyun 2019 19:27 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində CLS Azərbaycan dili proqramı çərçivəsində təhsil alacaq xarici tələbələrlə görüş keçirilib.
Xarici tələbələr ADU-nun qonağı olublar (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində CLS Azərbaycan dili proqramı çərçivəsində təhsil alacaq xarici tələbələrlə görüş keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, görüş ADU-nun Amerika Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Görüşdə universitetin rektoru, akademik Kamal Abdulla proqram iştirakçılarını salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan dilinin və mədəniyyətinin zənginliyindən danışan rektor tələbələrlə səmimi söhbət edib. Tələbələrin dil bilikləri haqqında məlumat alan rektor onlara dünya ədəbiyyatından, müasir dövrdə xarici dil bilgisinin vacibliyindən, Azərbaycanın dünya ölkələri arasındakı yerindən və rolundan danışıb:

“Azərbaycan son dərəcə sürətlə inkişaf edən gənc, müstəqil bir dövlətdir. Bu inkişaf hər sahədə özünü göstərir. Həm mədəniyyət, həm iqtisadiyyat, həm də sosial sahədə inkişaf davam edir. Bütün bunlar Azərbaycanın böyük potensialından və bu potensialdan Azərbaycan rəhbərliyinin düzgün istifadə etməsində özünü göstərir. Siz bunun şahidi olacaqsınız. Azərbaycanın müxtəlif bölgələrində yaşayan xalqların birlikdə mehriban şəkildə və qardaşlıq şəraitində yaşadığının şahidi olacaqsınız.”

Tələbələr CLS Azərbaycan dili proqramı çərçivəsində 8 həftəlik dərslərdə iştirak edəcək. Onlar həm Azərbaycan dilini öyrənəcək, həm də Azərbaycan mədəniyyəti, adət-ənənələri tanış olacaqlar. Eyni zamanda Azərbaycanın müxtəlif bölgələrini səyahət edəcək, Azərbaycanı daha yaxından tanıyacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti