...

Poliqonda bir gün (FOTO)

Cəmiyyət Materials 18 İyun 2019 22:00 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə yeni inşa olunan təlim mərkəzinin açılışı olub.
Poliqonda bir gün (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

İyunun 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin iştirakı ilə yeni inşa olunan təlim mərkəzinin açılışı olub.

Trend-in məlumatına görə, poliqonda təlimlərə cəlb olunacaq şəxsi heyətin yerləşdirilməsi və fəaliyyəti üçün lazımi infrastruktur yaradılıb. Real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarının tədris və praktiki məşq etdirilməsi nəzərdə tutulub.

Trend sözügedən poliqondan fotoları təqdim edir:

FOTO: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti