...

Gəncədə özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik müəssisələrə baxış olub (FOTO)

Cəmiyyət Materials 28 İyun 2019 18:31 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Gəncə şəhərində özünüməşğulluq proqramı çərçivəsində yaradılmış ayrı-ayrı kiçik müəssisələrə baxış keçirib.
Gəncədə özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik müəssisələrə baxış olub (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Gəncə şəhərində özünüməşğulluq proqramı çərçivəsində yaradılmış ayrı-ayrı kiçik müəssisələrə baxış keçirib.

Trend-in məlumatına görə, 2018-ci ildə Gəncə şəhərində 200-ə yaxın işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramının iştirakçısı olub. Həmin şəxslər üçün ilk növbədə müvafiq təlim kursu təşkil edilib, özünüməşğulluq fəaliyyəti, kiçik biznesin təşkili və idarəedilməsi ilə bağlı onlara zəruri bilik və bacarıqlar öyrədilib. Proqrama cəlb edilənlər biznes-planlarına uyğun şəkildə mal və materiallar formasında aktivlərlə təmin edilərək, öz kiçik ailə təsərrüfatlarını qurublar.

S.Babayev proqram iştirakçıları ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının aztəminatlı ailələrin özünüməşğulluğuna, onların kiçik ailə biznesinə çıxışına və sosial yardım proqramından asılılığının aradan qalxmasına şərait yaratdığını vurğulayıb.

Nazir bildirib ki, ötən il proqrama cəlb olunanların sayı 6,5 dəfə artırılaraq 7,3 minə çatdırılıb. Bu il isə 10 minədək ailənin proqramla əhatə edilməsi üçün işlər aparılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi, 15 minədək ailənin proqrama cəlb edilməsi nəzərdə tutulur.

Özünüməşğulluq proqramı çərçivəsində öz kiçik biznes sahələrini yaradan vətəndaşlar bu mühüm sosial proqramın onların həyatında önəmli rol oynadığını qeyd ediblər. Proqram iştirakçıları onlara işsizlikdən sahibkarlığa keçid imkanı əldə etmək üçün yaradılan şəraitə, göstərilən böyük dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti