...

Keçmiş məhkum Bakıda küçədə qadına hücum edib sırğalarını aldı

Cəmiyyət Materials 8 İyul 2019 21:30 (UTC +04:00)
Bakıda qadına hucum olunub.
Keçmiş məhkum Bakıda küçədə qadına hücum edib sırğalarını aldı

Bakı. Samir Əli - Trend:

Bakıda qadına hucum olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 31-in qarşısında baş verib.

Qubadova Arzu Kərimqızı yaşadığı ünvanın qarşısında naməlum şəxsin hücumuna məruz qalıb. Qadına hücum edən naməlum şəxs dəyəri 340 manat olan sırğanı qulağından qopararaq qaçıb.

Keçirilən əməliyyat-axarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Tərtər rayon sakini, 1986-cı il təvəllüdlü Musayev Sadiq Ramiz oğlu olduğu müəyyən edilib və o, tutularaq Nəsimi rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti