...

Azərbaycan Universitetindən “Köçkünlərlə bərabərik” aksiyasına dəstək (FOTO)

Cəmiyyət Materials 17 İyul 2019 14:06 (UTC +04:00)
Azərbaycan Universiteti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi “Köçkünlərlə bərabərik” adlı aksiyaya qoşularaq həmrəylik nümayiş etdirib.
Azərbaycan Universitetindən “Köçkünlərlə bərabərik” aksiyasına dəstək (FOTO)

Bakı. Trend:

Azərbaycan Universiteti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi “Köçkünlərlə bərabərik” adlı aksiyaya qoşularaq həmrəylik nümayiş etdirib.

Trend-in məlumatına görə, universitetin bir qrup əməkdaşının Azərbaycan və ingilis dillərində “Köçkünlərlə bərabərik” yazılmış çərçivələrlə çəkdirdiyi şəkillər #withIDPs, #köçkünlərləbərabərik həştəqləri ilə sosial mediada paylaşılıb.

Aksiyada professor-müəllim heyəti, dekanlar, kafedra müdirləri, şöbə rəhbərləri, inzibati heyət iştirak edib.

İctimaiyyətin qaçqın və məcburi köçkünlərlə həmrəyliyini nümayiş etdirmək məqəsdilə keçirilən aksiyaya 20 İyun Ümumdünya Qaçqınlar günündə start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti