...

Cəlilabadda evdə qumbara və sursat aşkarlandı

Cəmiyyət Materials 9 Avqust 2019 15:29 (UTC +04:00)
Cəlilabad rayonunun Göytəpə şəhər sakini Y.Məmmədovun evindən silah-sursat aşkar edilərək götürülüb.
Cəlilabadda evdə qumbara və sursat aşkarlandı

Bakı. Trend:

Cəlilabad rayonunun Göytəpə şəhər sakini Y.Məmmədovun evindən silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Y.Məmmədovun yaşadığı Göytəpə şəhərindəki evə baxış zamanı 1 ədəd qumbara, 4 ədəd tapança patronu, 1 ədəd patron darağı və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti