...

Azərbaycanda tullantılar çeşidlənəcək

Cəmiyyət Materials 21 Sentyabr 2019 13:16 (UTC +04:00)
Yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətbiqinə başlanılacağı gözlənilir.
Azərbaycanda tullantılar çeşidlənəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətbiqinə başlanılacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Nərimanov rayonu ərazisində tullantıların çeşidlənməsi ilə bağlı layihəyə başlanılıb. Həmin ərazidə ilkin olaraq əhalinin tullantıların çeşidlənməsi işinə cəlb olunması ilə bağlı tədbirlər keçirilir: "İlkin nəticələr ürəkaçandır. Çox güman ki, yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətbiqinə başlayacağıq".

M.Nəbiyev əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən ildən tullantıların toplanması üçün xüsusi konteynerlər hazırlamağa başlayıb. Həm plastik, həm də emal üçün yararlı olan digər tullantıların toplanması ilə bağlı artıq 37 şəhər və rayonda 200-dən çox konteyner istifadəyə verilib: "Təkrar emal müəssisələri çeşidlənmiş tullantını qəbul etməyə hazır olur. Əgər tullantı çeşidlənmirsə, onun təkrar emala cəlb olunması da çətin olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti