...

Sinir-Əzələ Xəstəlikləri üzrə 1-ci Bakı Beynəlxalq Konfransı keçirilir

Cəmiyyət Materials 3 Oktyabr 2019 10:21 (UTC +04:00)
Bu gün Sinir-Əzələ Xəstəlikləri üzrə 1-ci Bakı Beynəlxalq Konfransı öz işinə başlayıb.
Sinir-Əzələ Xəstəlikləri üzrə 1-ci Bakı Beynəlxalq Konfransı keçirilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Sinir-Əzələ Xəstəlikləri üzrə 1-ci Bakı Beynəlxalq Konfransı öz işinə başlayıb.

Trend-in məlumatına görə, konfransda Almaniya, Gürcüstan, Azərbaycan və Rusiya mütəxəssisləri iştirak edirlər.

Konfransda əzələ-sinir xəstəliklərinin müasir diaqnostikası və müalicəsinə dair beynəlxalq dərəcəli mütəxəssilər tərəfindən yeni məlumatların paylaşılması, elektromiqrafiya diaqnostik metodu üzrə təməl və təkmil səviyyələrdə nəzəri təlimin aparılması nəzərdə tutulub.

Konfransın əsas istiqamətləri müxtəlif dərəcəli sinir-əzələ, genetik nevroloji patologiyaların diaqnostik meyarları, neyrofizioloji diaqnostika haqqında müzakirələr, neyrofiziologiya elmi və elektroneyromioqrafiya metoduna dair teoretik təlim və s-dir.

Konfransın açılış mərasimində çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli deyib ki, nevrologiyanın öyrənilməsi universitet üçün çox vacib sahədir. Nevrologiya üzrə müalicələrdə yeni yanaşmalar nəzərə alınır.

Milli Nevroloqlar Assosiasiyasının prezidenti Rəna Şirəliyeva bildirib ki, elmi konfransların keçirilməsi artıq bir ənənəyə çevrilib.

Onun sözlərinə görə, belə konfransların keçirilməsi Azərbaycan alimlərinin inkişafı üçün çox faydalıdır.

Konfrans öz işini elmi məruzələrlə davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti