...

Aİİ tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirir (FOTO)

Cəmiyyət Materials 7 Oktyabr 2019 11:26 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqidi təfəkkürünün formalaşmasına xüsusi önəm verir
Aİİ tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirir (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqidi təfəkkürünün formalaşmasına xüsusi önəm verir. Bu istiqamətdə davamlı müxtəlif tədbirlər təşkil edilir.

Həmçinin Aİİ tələbələrin asudə vaxtının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər keçirir. İnstitutda sosialyönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli proqramlar da təşkil edilir. Bu məqsədlə, həftənin şənbə günü ali təhsil müəssisəsində tələbələr üçün Mədəniyyət Nazirliyinin sifarişi ilə lentə alınmış “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan “Niyyət” filmi nümayiş olunub. Özünəməxsus süjet xətti və bu gün üçün aktual olan mövzusu ilə diqqətçəkən filmdə hadisələr iki müxtəlif həyat tərzi keçirən gəncin ətrafında cərəyan edir. Həyat bu iki gəncin yollarını toqquşdurur və onları bir yolda addımlamağa məcbur edir.

Qeyd edək ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanmasına, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti