Aztəminatlı ailələrdən olan gənclərin işlə təminatı üçün bələdiyyə proqramları həyata keçirməyi düşünürəm - Bələdiyyə namizədi

Aztəminatlı ailələrdən olan gənclərin işlə təminatı üçün bələdiyyə proqramları həyata keçirməyi düşünürəm - Bələdiyyə namizədi

Bakı. Trend:

Dekabrın 23-də Azərbaycanda Bələdiyyə seçkisi keçiriləcək. Müsahibimiz Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsinə namizəd Kənan Məmmədovdur. Kənan Məmmədov 1989-cu ildə Bakı şəhərində müəllim ailəsində anadan olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr pilləsini, Azərbaycan Dövlət İqtisad Unversitetinin MBA dərəcəsini bitirib. CFA-ə (Chartered Financial Analysis) 2-ci dərəcə namizəddir. Yerli özəl bankların birində Xəzinədarlıq Departamentinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.

Trend-in məlumatına görə, Kənan Məmmədov Nərimanov bələdiyyəsinə bitərəf namizəddir.

- Kənan bəy, Bələdiyyə seçkilərinə namizədliyinizi vermək ideyası hardan gəldi?

- Bələdiyyə seçkilərində bitərəf namizəd kimi iştirak edirəm. Namizədliyimi irəli sürmək qərarını özüm verdim. Bakalavr təhsilim sırf dövlət idarəçiliyi ilə bağlıdır və Bələdiyyə idarəetməsi mənə yad bir sahə deyil. Qərar verdim ki, doğulub böyüdüyüm Nərimanov rayonundan Bələdiyyə seçkisinə qatılım və bələdiyyəmizin, ümumilikdə rayonumuzun inkişafına öz dəstəyimi verim. Hal-hazırda ölkəmizdə gedən böyük islahatlar və gənclərə geniş imkanların yaradılması da məni bu qərarımı verməkdə bir qədər də ruhlandırdı. İnanıram ki, bu islahatlar, müsbət dəyişikliklər öz təsirini yerli idaraetmə orqanlarında da göstərəcək. Bu seçkilərdən sonra Bələdiyyələr daha aktiv fəaliyyət göstərəcəklər və təmsil etdikləri ərazinin, orda yaşayan insanların problemlərinin həllində iştirak edəcəklər. Hesab edirəm ki, Bələdiyyələr ərazilər üzrə sakinlərin problemlərinə ən yaxın orqan olmalıdır və qarşıya çıxan məsələlərin həllinə çalışmalıdırlar. Bunun üçün isə yеnilikçi düşüncəyə, gənclərə böyük ehtiyac var. Bələdiyyə üzvü seçiləcəyim təqdirdə, rayon sakinlərini narahat edən məsələlərin həllində bütün imkanlarımı səfərbər edəcəm.

- Bələdiyyə seçkilərində rəqibləriniz çoxdur. Nərimanov rayon sakinləri nəyə görə sizi seçməlidirlər? Yəni seçicilərinizə nələri vəd edirsiniz?

- Mənə olan etimadı doğrultmaq mənim üçün ən vacib məsələdir. Seçiləcəyim təqdirdə, ilk növbədə əhali ilə bələdiyyənin ünsiyyətini artırmağı düşünürəm. İmzatoplama prosesindən başlayaraq, sakinlərlə keçirdiyim görüşlərdən gəldiyim əsas nəticə odur ki, insanlarımız onları təmsil edən namizədlərlə daha sıx ünsiyyətinə ehtiyacı duyur. Bələdiyyə nümayəndəsi daim sakinlərlə təmasda olmalıdır ki, vətəndaşı hansı problemin narahat etdiyini onun özündən öyrənsin. Rayon sakinləri nə istəyir, onları nə narahat edir, hansı məsələlərin həllini tapmasını istəyirlər? Problemi o problemlə üzləşən adamdan daha yaxşı kim bilə bilər? Ona görə hər məhəllə ilə, hər bir sakinlə görüşmək bələdiyyənin vəzifəsi olmalıdır ki, mən də bunu özümə prioritet məsələ seçmişəm. Bu görüşlər ayrı-ayrı məhəllələrin problemlərinin vaxtında aşkarlanması və həllində özünü göstərəcək. Eyni zamanda aztəminatlı ailələrdən olan gənclərin əmək bazarına adaptasiyasını asanlaşdırmaq məqsədilə ardıcıl bələdiyyə proqramlarını həyata keçirməyi düşünürəm.

- Bələdiyyələrin fəaliyyətinin inkişafı üçün konkret fikirləriniz varmı?

Bələdiyyə öz büdcəsi olan yerli idarəetmə orqanıdır. Bələdiyyə funksiyalarını yerinə yetirmək məqsədilə yerli vergilərdən əlavə, büdcə gəlirliyini digər ictimai iaşə xidmətləri, eyni zamanda istehsala yönəlik fəaliyyətini genişləndirməklə daha da artırmaq mümkündür. Bu, həm də yerli əhali üçün də yeni iş yeri deməkdir. Bu məqsədlər üçün maliyyə vəsaiti lazım olacaq. Bunun həlli yolu kimi də maliyyəyə çıxışı təmin etmək məqsədilə bələdiyyə qiymətli kağızlarını buraxmaq olar. Bəlkə də hal-hazırkı bələdiyyələrin vəziyyəti ilə bu bir qədər real görünməyə bilər və ilk zamanlarda bu kiçik həcmdə olacaq, amma yenə də bir başlanğıc olmalıdır. Bu həm də ölkə maliyyə bazarı üçün yeni növ investisiya aləti rolunu oynaya bilər. Seçiləcəyim təqdirdə bələdiyyələrin fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması da əsas prioritetimdir. Çünki hazırda bələdiyyələr fəaliyyətləri, gəlir və xərclər barədə sakinləri məlumatlandırmalıdır. Bundan əlavə, bələdiyyənin beynəlxalq əlaqələrinin genişləndirilməsi, xarici qrantların cəlb olunması da planda olan məsələlərdəndir. Bunlar ümumi rayonunun inkişafına hədəflənmiş tədbirlərdir. Təbii ki, hər bir məhəlləni narahat edən hansısa məsələ də var ki, onlar sakinlərlə görüşlər zamanı öyrəniləcək və həll ediləcək.

- Seçicilərinizə nə demək istərdiniz?

- Seçicilərə sözüm odur ki, əziz Nərimanov rayon sakinləri, gəncliyə, islahatlara dəstək olun. Çünki işləmək, nəticə vermək, ümumi inkişafa öz payımı vermək üçün bu seçkilərə qatılmışam. Bu günə qədər qazandığım bilik və təcrübəni Nərimanov Bələdiyyəsinin ümumi ölkənin, idarəetmənin inkişafından geri qalmaması üçün sərf etməyə hazıram. Dəyərli seçicilərim, sizin səsiniz Dəyişən Bələdiyyə üçün çox önəmlidir. 23 Dekabrda seçkidə fəal iştirak edin, hər birinizdən dəstək gözləyirəm!

AZTA regionlarda beş yeni nümayəndəlik açıb
AZTA regionlarda beş yeni nümayəndəlik açıb
Azərbaycanın təşəbbüsü ilə türkdilli dövlətlərin Turizm təşkilatı yaradılacaq
Azərbaycanın təşəbbüsü ilə türkdilli dövlətlərin Turizm təşkilatı yaradılacaq
Uzun müddət fəaliyyət göstərməyən turizm şirkətlərinin öz fəaliyyətlərini bərpa etməsinə icazə verildi
Uzun müddət fəaliyyət göstərməyən turizm şirkətlərinin öz fəaliyyətlərini bərpa etməsinə icazə verildi
Loading Bars
Xəbər lenti
İranda koronavirusa yoluxmada rekord rəqəm qeydə alınıb
Gürcüstanda koronavirusa gündəlik yoluxma sayı 200-ü keçdi
İtaliyalı ekspert: Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun məkanıdır
Baş prokuror Kamran Əliyev veteran prokurorluq işçiləri ilə görüşüb (FOTO)
“AzInTelecom” yeni “Hydro Heroes” mobil tətbiqinin yaradılmasına texniki dəstək göstərib
Gürcüstana 21 613 dərslik və metodik vəsait göndərilib
Şəhid polkovnikin oğlu: Hər bir vətənpərvər gənc kimi hərbi təlimlərdə iştirak etməyə hazıram
Mehmanxanaların ictimai iaşə sahələrində bu zəruri qaydalara əməl edilməlidir
“AzerGold” QSC-nin istiqrazlarının əhalinin xarici valyutada olan yığımları baxımından əhəmiyyəti (FOTO)
İlin sonuna 2 DOST mərkəzinin açılışı planlaşdırılır (FOTO)
Taksi sürücüləri üçün etik qaydalarda dəyişiklik edilib
Suriyada əsir və girovluqda saxlanılan azərbaycanlıların qaytarılması müzakirə olunub
Deputat: Azərbaycanı beynəlxalq müstəvidə fərqləndirən səciyyəvi xüsusiyyətlərdən biri multikultural dəyərlərimizdir
Türkiyəli general: Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etmək hüququ var
Müdafiə Nazirliyi təlimdən görüntülər yaydı (FOTO/VİDEO)
Milli Məclisin Aqrar siyasət komitəsi iş planını açıqladı (FOTO)
Balakəndə zəlzələ olub
İtaliyada futbol hakimi öldürülüb
Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir
Deputat: Prezident Ermənistana, onun havadarlarına çox ciddi və açıq mesajlar verdi
Xeyli miqdarda tütün və tibbi məmulatların qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb
DİN "Pikap"ların postlarda saxlanılmasının səbəblərini açıqladı
Məktəb direktoru olmaq istəyənlər üçün təlimlər keçiriləcək
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib (FOTO/VİDEO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Bəhruz Quliyev: Paşinyan təxribatçı bəyanatları ilə Azərbaycanı müharibəyə təhrik edir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar (YENİLƏNİB) (FOTO)
Rusiyada son sutkada 160 nəfər koronavirusdan ölüb
Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi
DİN oğurlanaraq pul tələb edilən şəxsin ölümü ilə bağlı məlumat yayıb
Ceyhun Bayramov sabah Gürcüstana səfər edəcək
Sabunçuda yolların yenidən qurulmasına 8,3 milyon manat ayrılıb
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Şəkidə koronavirusa görə bağlanan bazar fəaliyyətini bərpa edib
Deputat: Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır
Azərbaycan nefti ucuzlaşıb
SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb
Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)
Elmar Qasımov MBA proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə görüşüb
Naxçıvanda komandir hazırlığı sistemində məşğələlər keçirilib (VİDEO)
Deputat: Təxribatlar Ermənistanın yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir
6 ayda 241 cinayətin üstü açılıb
Metroda bəzi qatarlar gecikir - RƏSMİ
Pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə təlim başlayıb (FOTO)
Ermənistanda koronavirusdan ölənlərin sayı 938 nəfərə çatıb
Düzgün ixtisas seçimi təminatlı gələcək deməkdir
ATAA: Hotellərdə açıq bufetdə xidmətin göstərilməsi dayandırılıb
Ermənistanda hökumətə qarşı ümumdövlət mitinqi keçiriləcək
Azərbaycandan Qazaxıstana daha 46 nəfər təxliyə edilib
ASC: Qəbələdə suvarma ilə bağlı heç bir problem olmayacaq
Metroda polislərə hücum edənlərin işi məhkəməyə göndərildi
Kamaləddin Qafarov: Qarabağa qayıdış uzaqda deyil...
XİN-in həbsdə olan sabiq idarə rəisi məhkəməyə müraciət etdi
Rusiyada qubernator koronavirusa yoluxub
Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb
Protez-Ortopedik Bərpa Mərkəzi 230-dan çox əlilə səyyar xidmət göstərib (FOTO)
Qanunsuz balıq ovlayanlar cəzalandırılıb
Azərbaycanda qaz hasilatı artıb
Milli Məclisin Aqrar siyasət komitəsi bu gün hesabat verəcək
"Məmmədoğulları" şirkəti 2 min manat cərimə olundu
“Alınan mallar geri qaytarılmır” kimi lövhələr asan mağaza sahiblərinin nəzərinə - Cərimələnəcəksiz
Bakı Slavyan Universitetində I tədris ilinə qəbul olunmuş tələbələrin sənəd qeydiyyatı onlayn formada həyata keçiriləcək (FOTO)
Norveçin paytaxtında Azərbaycan məktəbi fəaliyyətə başlayıb
Bakının 20 çimərliyində beynəlxalq ekoloji aksiya keçirilib (FOTO)
Lənkəranda ümumi istifadədə olan 38 km yol yenidən qurulub (FOTO)
UNEC brendi 10 ölkədə tanındı
Sentyabrın 22-də xarici valyutaların manata qarşı məzənnələri
BNA: Nasaz avtomobillər Bakı küçələrində tıxaclar yaradır (FOTO)
Xırdalanda su olmayacaq
BMT-nin iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın bir daha dünyada söz sahibi olduğunu göstərdi - Deputat
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Xaçmazda meyvə tingləri yanıb
Samux rayonunda ev yanıb
Qazaxıstanda koronavirusa daha 67 nəfər yoluxub
Azərbaycan və İran arasında birgə sənaye parkı bölgənin inkişafına səbəb olacaq
ABŞ Nikolas Maduro və İran Müdafiə Nazirliyinə qarşı sanksiya tətbiq etdi
Hindistan Baş naziri BMT-də islahatlar aparmağa çağırıb
Braziliyadakı tələbələr üçün “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” mövzusunda mühazirə oxunub (FOTO)
Dünyada həftə ərzində 2 milyona yaxın insan koronavirusa yoluxdu
Moskvada koronavirusdan daha 15 nəfər ölüb
Futbol üzrə İtaliya çempionatında "Milan" "Bolonya"yı məğlub edib
Türkiyədə koronavirusdan sağalanların sayı 268 min nəfəri ötüb
Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır - FAKTLAR
Mövlud Çavuşoğlu: Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq
Paşinyanın yeni müharibə planı - Beynəlxalq ekspertlərin rəyləri
Departament rəhbəri: İqtisadi artım və inkişaf ölkəmizin əsas hədəflərindəndir
Türkiyənin Milli Müdafiə Nazirliyi: Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır
Ombudsman Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Müşahid Hüseyn Seyyid: “Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”
Qubada ot tayalarında baş verən yanğınla bağlı araşdırılma aparılır
I-IV siniflər üzrə 7 868 şagirdin valideyni övladını məktəbə göndərməkdən imtina edib
Bakıda koronavirus aşkar edilməsi səbəbindən 4 sinif distant formaya keçirilib
Qubada bir kənddə 8 müəllim koronavirusa yoluxub
Rəcəb Tayyib Ərdoğan: Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısının alınmaması dünyada riyakarlığın əsl nümunəsidir
Yeni tədris ilində 95 şagird və 26 işçi heyət koronavirusa yoluxub - Rəsmi
Azərbaycanda startapların inkişafı sahəsində əsas prioritet strategiyaların hazırlanması olacaq
İranlı hüquşünas: Ermənistanın hərəkətləri beynəlxalq sülhə və hüquqa təhdiddir
Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfəri davam edir (FOTO) (ƏLAVƏ OLUNUB)
Xaricidə təhsildə ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi qaydalarında dəyişiklik edilib
Bütün xəbərlər