...

Bakıda 18 məktəb direktoru ilə əmək müqaviləsi ləğv edilib

Cəmiyyət Materials 16 Dekabr 2019 16:33 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə 2019-cu il ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib.
Bakıda 18 məktəb direktoru ilə əmək müqaviləsi ləğv edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə 2019-cu il ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib.

Trend-in məlumatına görə, bunu BŞTİ-nin müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, 13 direktorun iş yeri dəyişdirilib. 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti