...

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlanılıb

Cəmiyyət Materials 27 Yanvar 2020 15:38 (UTC +04:00)
Sənədlərin qəbul mayın sonuna qədər davam edəcək.
Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlanılıb

Bakı. Trend:

Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb.

Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə verilən məlumata görə, sənədlərin qəbulu mayın sonuna qədər davam edəcək.

Həcc ziyarətinin qiyməti 4490 dollar olacaq. Qeyd edək ki, ötən il ziyarətin qiyməti 4285 dollar təşkil edib.

Ötən il olduğu kimi, bu il də kvotaların sayı (1400) eynidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti