...

Bakı metrosunda gözdən əlillər üçün taktil plitələr döşənməsinə başlandı

Cəmiyyət Materials 30 Yanvar 2020 11:02 (UTC +04:00)
Bakı Metropoliteninin stansiyalarında taktil plitələri döşənir
Bakı metrosunda gözdən əlillər üçün taktil plitələr döşənməsinə başlandı

Bakı. Samir Əli - Trend:

Bakı Metropoliteninin stansiyalarında taktil plitələri döşənir.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, adıçəkilən plitələr stansiyaların platformalarında hüdud xətti ilə paralel çəkilir: "Bu plitələr əsasən görmə imkanı məhdud olan şəxslər üçün nəzərdə tutulub. Bu, həm hüdud xətti, həm də görmə qabiliyyəti məhdud olan sərnişinlər üçün hərəkət zolaqlarıdır".

Qurum rəsmisi bildirib ki, bu zolaqlar əsaslı təmir edilən bütün stansiyalarda girişdən platformaya qədər quraşdırılacaq: "Artıq “Koroğlu" metro stansiyasında görmə qabiliyyəti məhdud insanlar üçün sarı zolaq çəkilib. Hazırda taktil plitələrin digər stansiyalarda da döşənməsi istiqamətində tədbirlər görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti