...

İstirahət gününə olan hava proqnozu açıqlandı

Cəmiyyət Materials 1 Fevral 2020 12:36 (UTC +04:00)
Sabaha olan hava proqnozu açıqlanıb.
İstirahət gününə olan hava proqnozu açıqlandı

Bakı. Trend:

Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4° isti, gündüz 7-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın sabah bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti