Bakı. Elçin Mehdiyev – Trend:
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv edilib.
Trend-in məlumatına görə, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında müzakirə edilib.
Bildirilib ki, R.Camalovun ikili vətəndaşlığı var. Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin qərarı ləğv edilib.