...

BSU-da “FRED” platformasının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2020 11:34 (UTC +04:00)
Fransız dilinin tədrisi üzrə minlərlə pedaqogika və dilçilik sahələrini əhatə edən “FRED” platformasının təqdimatı keçirilib.
BSU-da “FRED” platformasının təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Slavyan Universitetində (BSU) ERASMUS+(PETRA) layihəsi çərçivəsində Fransanın Azərbaycandakı səfirliyininin Əməkdaşlıq və mədəniyyət işləri üzrə müşaviri, Azərbaycanda Fransız İnstitunun direktoru cənab Jerom Kel tərəfindən fransız dilinin tədrisi üzrə minlərlə pedaqogika və dilçilik sahələrini əhatə edən “FRED” platformasının təqdimatı keçirilib.

BSU-dan Trend-ə bildirilib ki, tədbirdə BSU-nun Roman filologiyası kafedrasının müəllim heyəti və fransız dilini öyrənən tələbələr iştirak ediblər.

Tədbirin ikinci hissəsində Azərbaycanda Fransız İnstitutunun kitabxanasının müdiri İlkin Babayev “Culturetheque” platforması haqqında çıxış edib. İlkin Babayev çıxışında onlayn kitabxananın fransız dilində 200 000-dən artıq vəsaitlinin (kitab, jurnal, komiks, DVD, CD, uşaqlar üçün kitablar) olduğunu vurğulayıb, iştirakçılara bu vəsaitlərdən səmərəli şəkildə istifadə qaydalarını izah edib.

Sonra BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbələri Zinyət Səmədzadə və Aynurə Heydərova Fransa və Azərbaycanın milli bayramları haqqında çıxış ediblər. Tələbələr əcnəbi qonağa Azərbaycanın qonaqpərvərliyindən və adət ənənələrindən danışıb, milli mətbəxdən nümunələr təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti