...

Zülallı qidaların normadan çox yeyilməsi uşaqlarda BU FƏSADLARLA nəticələnə bilər

Cəmiyyət Materials 2 Mart 2020 01:49 (UTC +04:00)
Qida rasionunun düzgün təşkili uşaqların normal inkişafını müəyyən edən əsas faktorlardan biri olmaqla yanaşı onların həyat fəaliyyəti, böyümə və sağlamlığına birbaşa təsir göstərir.
Zülallı qidaların normadan çox yeyilməsi uşaqlarda BU FƏSADLARLA nəticələnə bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Qida rasionunun düzgün təşkili uşaqların normal inkişafını müəyyən edən əsas faktorlardan biri olmaqla yanaşı onların həyat fəaliyyəti, böyümə və sağlamlığına birbaşa təsir göstərir.

Trend Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, inkişafda olan orqanizmin fizioloji tələbatlarını təmin edən düzgün və balanslaşdırılmış qidalanma müxtəlif mənfi faktorlara qarşı dayanıqlığı artırır. Erkən və məktəbəqədər uşaqlarda qida rasionunun təməl prinsiplərinə əməl etmək daha vacibdir. Bu boyun intensiv artması, daxili orqanların, xüsusilə sinir sisteminin normal funksiyası həmçinin maddələr mübadiləsinin intensivləşməsi ilə xarakterizə olunur.

Uşaqların qida rasionunda müxtəlif zülal mənşəli qidaların olması onların əvəz olunmayan aminturşulara qarşı olan tələbatını ödəyir. Uşaqlar üçün əvəz olunmayan aminturşu arginindir.

Zülallarla zəngin qida məhsullarına ət, balıq, pendir, qaraciyər, süd və yumurta, həmçinin bitki mənşəli məhsullardan paxlalı bitkilərdən paxla, lobya, soya, taxıl bitkilərindən isə buğda aid edilir. Lakin bu qida məhsullarından istifadə edərkən, uşaqlarda qlütenə olan həssaslıq mütləq nəzərə alınmalıdır. Belə uşaqların yoğun bağırsağının selikli qişasında zədələnmələr ola bilir ki, bu da sorulma prosesinin zəifləməsi və digər klinik problemlərin yaranmasına, eləcə də dəmir çatışmazlığına gətirib çıxara bilər.

Zülal tərkibli qida məhsullarının normadan artıq istehlakı isə uşaqların bədənində qalıq azotun miqdarının kəskin artmasına səbəb olur ki, bu da asidoz, qəbizlik, qanda ammonyak və karbamidin miqdarının aşırı dərəcədə artması ilə nəticələnə bilər. Digər risklərə bədəndə su balansının pozulması, 2 yaşdan böyük uşaqlarda isə piylənmə aid edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti