...

Tullantıların qalaqlanmasına görə bələdiyyə sədri cəzalanıb

Cəmiyyət Materials 2 Aprel 2020 16:06 (UTC +04:00)
Tullantıların qalaqlanmasına görə bələdiyyə sədri cəzalanıb

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Tullantıların qalaqlanmasına görə bələdiyyə sədri cəzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub.

Faktla bağlı ərazidə tullantıların idarə olunmasına cavabdeh Qobu bələdiyyəsinin sədri Araz Nəcəfov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 3500 manat məbləğində cərimə edilib.

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti