...

Məcburi köçkünlər üçün inşa ediləcək mənzillərin sayı açıqlanıb

Cəmiyyət Materials 2 Aprel 2020 17:12 (UTC +04:00)
Məcburi köçkünlər üçün inşa ediləcək mənzillərin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi və Dövlət Neft Fondunun vəsaiti hesabına Abşeron rayonunda (Sumqayıt d/y st-nın yanı) 1890, Samux rayonunda 200, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində 800 mənzilli yaşayış komplekslərinin inşa olunacaq.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında qeyd olunub.

Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət investisiya xərcləri üzrə ayrılmış vəsait hesabına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 270, Abşeron rayonunda (Sumqayıt d/y st-nın yanı) 1152, Abşeron rayonun Ramana qəsəbəsində 1512, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsində 576 mənzilli yaşayış komplekslərinin və Bakı şəhəri Qaradağ rayonunda 180 mənzilli "Ümid-3" qəsəbəsinin inşası nəzərdə tutulub.

2020-ci ilin ilk aylarında inşası tamamlanacaq Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi ərazisində 645 fərdi evdən ibarət 3 qəsəbəyə və Füzuli rayonu ərazisində 95 həyatyanı sahəsi olan evlərdən ibarət yeni qəsəbəyə 2020-ci ilin birinci rübündə məcburi köçkünlərin köçürülməsinə başlanılacaq.

2020-ci ildə məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı şəhəri, Qaradağ rayonunda "Qobu Park-3" yaşayış kompleksində 1352 və "Qobu Park-4" yaşayış kompleksində 1300 mənzilin inşası nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti