...

Ərzaq və gigiyenik paketlər könüllülərin köməyi ilə ehtiyaclı ünvanlara çatdırılıb (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2020 15:15 (UTC +04:00)
Ərzaq və gigiyenik paketlər könüllülərin köməyi ilə ehtiyaclı ünvanlara çatdırılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (QAC) koronovirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejimi ilə əlaqədar müxtəlif ünvanlarda yaşayan tənha və kimsəsiz, ahıl, yaşlı, qocalara, eyni zamanda ehtiyaclı ailələrə humanitar yardımın çatdırılmasını davam etdirir.

Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatından Trend-ə bildirilib ki, qarşılıqlı əməkdaşlıq şəraitində təşkil olunan yardımların çatdırılması prosesi həm cəmiyyətin əməkdaşları, eyni zamanda bu işə dəstək vermək istəyən ayrı-ayrı təşkilatların birgə iştirakı ilə həyata keçirilir.

Növbəti belə tədbirlərin həyata keçirilməsi Azərbaycan QAC-i və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının birgə təşəbbüsü ilə paytaxtın Xəzər rayonunda həyata keçirildi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi və TİKA təşkilatinin köməkliyi ilə təşkil olunan ərzaq və gigiyenik paketlər könüllülərin köməyi ilə ehtiyaclı ünvanlara çatdırıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti