...

İbrahim Məmmədov: Karantin müddətinin yaxın vaxtlarda bitməsi və tədrisin bərpa olunması hələ ki, müzakirə mövzusu deyil

Cəmiyyət Materials 15 Aprel 2020 17:39 (UTC +04:00)
İbrahim Məmmədov: Karantin müddətinin yaxın vaxtlarda bitməsi və tədrisin bərpa olunması hələ ki, müzakirə mövzusu deyil

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Sabitləşmənin davam etməsi istiqamətin müsbətə yönəlməsi deməkdir. Karantin müddətinin yaxın vaxtlarda bitməsi və tədrisin bərpa olunması hələ ki, müzakirə mövzusu deyil.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu, virusa qalib gəlmək kimi başa düşülməməlidir:

"Ola bilər ki, vəziyyət Azərbaycanda yaxşı olar. Amma bu, o demək deyil ki, biz karantindən əvvəlki vəziyyətə qayıdaq və dərslər başlansın. Bu, hələ bəlli deyil. Məktəblərin başlanması karantin rejimindən çıxdıqdan sonra mümkündür. Karantin müddətinin yaxın vaxtlarda bitməsi və tədrisin bərpa olunması hələ ki, müzakirə mövzusu deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti