...

Hande Harmancı: Azərbaycanda insanların koronavirusa görə test edilmə imkanları çox genişlənib

Cəmiyyət Materials 16 Aprel 2020 11:51 (UTC +04:00)
Hande Harmancı: Azərbaycanda insanların koronavirusa görə test edilmə imkanları çox genişlənib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan insanların koronavirusa görə test edilmə imkanları çox genişlənib.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı REACT-C19 layihəsinin təqdimatında deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 18 laboratoriya mövcuddur:

"Halbuki bu say iki idi. İnsanlar nə qədər çox test edilsə, xəstəlik vaxtında aşkar edilə bilər. Ölkədə istifadə olunan testlər Almaniya və Avropa istehsalıdır. Çox test aparılsa da, xəstə sayı az olur. Bu da çox sevindiricidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti