...

İnsanların kütləvi şəkildə bir yerə toplaşmaması indiki dövr üçün çox önəmlidir - Yaqut Qarayeva

Cəmiyyət Materials 24 Aprel 2020 22:40 (UTC +04:00)
İnsanların kütləvi şəkildə bir yerə toplaşmaması indiki dövr üçün çox önəmlidir - Yaqut Qarayeva

Bakı. Afaq Rza - Trend:

İnsanların kütləvi şəkildə bir yerə toplaşmaması indiki dövr üçün çox önəmlidir.

Trend-in məlumatına görə, bunu AzTV-nin "Hədəf" verilişinin qonağı olan TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Şöbə müdiri məlumat verib ki, yumşalma tədbirləri ilə birinci olaraq bəzi iş yerlərinin açılması nəzərdə tutulur. Çünki qeyd etdiyimiz kimi, iqtisadi vəziyyət çox önəmlidir. Qərarda hansı iş yerlərinin açılması detallı olaraq qeyd edilib. Böyük ticarət obyektləri olan "Mall"ara hələ ki bu qayda şamil olunmur. Sadəcə fərdi olaraq kiçik obyektlərin işi bərpa olunur.

Y.Qarayeva əlavə edib ki, insanların kütləvi şəkildə bir yerə toplaşmaması indiki dövr üçün çox önəmlidir:

"Biz yumşalmadan danışırıq, lakin mən yenə istəyirəm ki, qayda-qanundan söz açım. Çünki həqiqətən bununla bağlı narahatlıqlar var. Mən son günlər əldə etdiyimiz müsbət nəticənin pisləşməsi, yaxud da itməsindən çox qorxuram. Qeyd etmək istəyirəm ki, biz bu nəticələri sərtləşmə tədbirləri nəticəsində əldə etmişik. Deməli, biz bu sərtləşmədən də ehtiyatla çıxmalıyıq. Qaydalardan birdən-birə çıxsaq, onları pozsaq, kütləvi şəkildə toplaşsaq, yoluxma hallarının artmasının şahidi ola bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti