...

Koronavirus xəstəsinin müalicəsi üçün nə qədər vəsait xərclənir? - RƏSMİ

Cəmiyyət Materials 6 May 2020 17:36 (UTC +04:00)
Koronavirus xəstəsinin müalicəsi üçün nə qədər vəsait xərclənir? - RƏSMİ

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda bir koronavirus xəstəsinin müalicəsi üçün bir gündə 80-150 manat sərf edilir.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ən yüngül vəziyyətdə olan xəstələrin müalicəsi üçün bir gündə təqribən 80, ağır vəziyyətdə olan xəstələrin müalicəsi üçün 150 manat xərclənir:

“Amma bu rəqəm xəstənin ağırlıq vəziyyətindən asılı olaraq dəyişir. Bu məbləğə həmin xəstənin yemək, tibbi ləvazimat xərcləri, xəstəni müalicə edən həkimlərin məvacibləri və digər məsələlər daxildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti