...

Böyük ticarət mərkəzlərinin mayın sonuna kimi açılması gözlənilmir

Cəmiyyət Materials 9 May 2020 18:20 (UTC +04:00)
Böyük ticarət mərkəzlərinin mayın sonuna kimi açılması gözlənilmir

Bakı. İlhamə İsabalayeva – Trend:

Böyük ticarət mərkəzlərinin açılması ilə bağlı müzakirələr davam edir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, böyük ticarət mərkəzlərinin mayın sonuna kimi açılması gözlənilmir: “Amma təbii ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bütün statistik göstəriciləri təhlil edərək bununla bağlı qərar verəcək. Ola bilsin ki, gələcək günlərdə ticarət mərkəzləri açılsın. Amma mərkəzlərin içində yoluxma sayını artıra bilən sahələrdə, məsələn, uşaqlar üçün əyləncə mərkəzlərində, qida bölmələrində məhdudiyyətlər qoyula bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti