...

Azərbaycanda daha 13 məhkum koronavirusa yoluxub - RƏSMİ

Cəmiyyət Materials 15 May 2020 17:47 (UTC +04:00)
Azərbaycanda cəzaçəmə müəssisələrində koronavirusa yoluxma halları davam edir
Azərbaycanda daha 13 məhkum koronavirusa yoluxub - RƏSMİ

Bakı. Samir Əli - Trend:

Azərbaycanda cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma halları davam edir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, daha 13 nəfər məhkum bu virusa yoluxub: “Cəzaçəkmə müəssisələrində 33 məhkumda koronavirus aşkar edilmişdi. Hazırda koronavirusa yoluxan məhkumların sayı 46 nəfərə çatıb. TƏBİB və Penitensiar Xidmətin tibbi briqadalarının birgə səyi ilə həmin xəstələrin müalicəsi davam etdirilir”.

R.Bayramlı bildirib ki, məhkumların bir qismi kənarda tibbi xidmətə cəlb edilirlər: “Onlar arasında xroniki xəstələr var və həmin xəstələr cəzaçəkmə müəssisəsindən kənarda tibbi xidmətə cəlb olunan zaman koronavirusa yoluxma faktları aşkarlanıb. Qapalı müəssisəyə bu virus daşındıqda yaxın təmasda olanların yoluxması baş verir. Bunun qarşısını almaq üçün də müvafiq qrumlar tərəfindən birgə tədbirlər görülüb və koronavirusun həbsxanada yayılmasının qarşısı alınıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti