...

Şənbə və bazar günlərində təcili tibbi yardıma edilən müraciətlərin sayı artıb

Cəmiyyət Materials 8 İyun 2020 14:14 (UTC +04:00)
Karantinlə əlaqədar olaraq, ötən həftənin şənbə və bazar günlərində təcili tibbi yardım xidmətinə edilən müraciətlərin sayı artıb.
Şənbə və bazar günlərində təcili tibbi yardıma edilən müraciətlərin sayı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Karantinlə əlaqədar olaraq, ötən həftənin şənbə və bazar günlərində təcili tibbi yardım xidmətinə edilən müraciətlərin sayı artıb.

Bunu Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, təcili tibbi yardım xidmətinə sutka ərzində 2 500-ə yaxın müraciət edilib. Müraciətlər sırasında arterial təzyiq, nevrotik vəziyyət, nefroloji xəstələrin daşınması və somatik müraciətlər üstünlük təşkil edib.

R.Əliyeva təcili tibbi yardım xidmətinə Bakının bütün rayonlarından müraciətlərin edildiyini də nəzərə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti