...

Ramin Bayramlı: Koronavirusa inanmamaqla yaxınlarımızı risk qarşısında qoya bilərik

Cəmiyyət Materials 9 İyun 2020 19:51 (UTC +04:00)
Ramin Bayramlı: Koronavirusa inanmamaqla yaxınlarımızı risk qarşısında qoya bilərik

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda koronavirusun mövcudluğuna inanmayanların sayı çoxluq təşkil etmir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, ölkədə virusa inanmayanlar da var: “Bu istiqamətdə maarifləndirici tədbirlər görülməlidir ki, insanlar ona inansınlar. İnanmamaqla özümüzü və yaxınlarımızı risk qarşısında qoya bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti