...

Azərbaycanda əhalinin sayı 0,1 faiz artıb

Cəmiyyət Materials 12 İyun 2020 14:51 (UTC +04:00)
Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 14473 nəfər və ya 0,1 faiz artaraq 2020-ci il may ayının 1-i vəziyyətinə 10081581 nəfərə çatmışdır.
Azərbaycanda əhalinin sayı 0,1 faiz artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 14473 nəfər və ya 0,1 faiz artaraq 2020-ci il may ayının 1-i vəziyyətinə 10081581 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd sakinləri, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır.

Bu ilin dörd ayında ölkə üzrə 20519 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2 təşkil edib.

2020-ci ilin yanvar-aprel aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 571 nəfər Azərbaycana gələn, Azərbaycandan isə 328 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 243 nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti