...

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Milli Qurtuluş Günü ilə əlaqədar videokonfrans keçirib

Cəmiyyət Materials 12 İyun 2020 16:47 (UTC +04:00)
Ombudsmanın Cəlilabad Regional Mərkəzi Milli Qurtuluş Günü ilə əlaqədar videokonfrans keçirib

Bakı. Trend:

Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Cəlilabad rayon Gənclər və İdman İdarəsi, Lerik və Yardımlı rayonlarının Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Əbədiyaşar lider-Heydər Əliyev" mövzusunda 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirilib.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, videokonfransda Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoru Aqil Əliyev və bu qurumların əməkdaşları iştirak ediblər.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov Ümummilli Liderin insan hüquqları sahəsinə verdiyi önəmdən, bu sahədə aparılan ardıcıl islahatlardan, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən, ali hüquqi qüvvəyə malik Konstitusiyanın bir fəslinin bütövlükdə insan hüquq və azadlıqlarını ehtiva etməsindən bəhs edib. Qeyd olunub ki, 22 fevral 1998-ci il tarixində imzalanmış “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman və 18 iyun 1998-ci il tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam bu kontekstdə xüsusi əhəmiyytə malikdir. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Z.İsmayılov Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq hər il ölkəmizdə 18 may-18 iyun tarixlərində keçirilən İnsan Hüquqları Aylığının əhəmiyyəti, Müvəkkilin fəaliyyəti və insan hüquqlarının effektiv müdafiəsi ilə bağlı mühüm məsələlər barədə geniş məlumat verib.
Çıxışlar zamanı Milli Qurtuluş Gününün Azərbaycan tarixinin dönüş nöqtəsi olduğu, Qurtuluş məfkurəsinin müasir müstəqil Azərbaycanın xilası, yüksəlişi və tərəqqisinin əsasında dayandığı qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti