...

Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərə elektron nəzarət ediləcək

Cəmiyyət Materials 19 İyun 2020 13:37 (UTC +04:00)
Azərbaycanda məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərə elektron nəzarət ediləcək
Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərə elektron nəzarət ediləcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərə elektron nəzarət həyata keçiriləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsində dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 47.2-1-ci maddə əlavə edilir:

"47.2-1. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur".

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti