...

Polis Şəkidə sərt karantin rejiminə nəzarət edir (FOTO)

Cəmiyyət Materials 5 İyul 2020 13:07 (UTC +04:00)
Polis Şəkidə sərt karantin rejiminə nəzarət edir (FOTO)

Bakı. Trend:

Ölkəmizdə bir neçə şəhər və rayonda tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra Şəkidə də rayonun giriş-çıxışlarında polis postları qurulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şəhərdə hərəkətin daim intensiv olduğu küçə və prospektlərdə hazırda boşluq müşahidə edilir.

Polis əməkdaşları və Daxili Qoşunların əsgərləri tərəfindən mərkəzi küçələrlə yanaşı məhəllə arası yollara da nəzarət edilir. Sakinlərin əksəriyyəti tərəfindən karantin rejimi anlayışla qarşılansa da, bir neçə şəxs qaydaları pozduqları üçün barələrində qanunauyğun tədbirlər görülüb.

Qeyd edək ki, dünəndən etibarən polis əməkdaşları sakinlərlə maarifləndirici söhbətlər aparıb, onlara sərtləşdirilmiş karantin rejiminin tələb və qaydalarını izah ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti