Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə onlayn təhsilə dair beynəlxalq vebinar keçirilib

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə onlayn təhsilə dair beynəlxalq vebinar keçirilib

Bakı. Trend:

Bakı Ali Neft Məktəbi (BANM), İstanbul Texniki Universiteti (İTU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə COVID-19 pandemiyası dövründə “Onlayn təhsil və biliyin qiymətləndirilməsi: çağırışlar və imkanlar” mövzusunda vebinar keçirilib.

BANM-dan Trend-ə verilən məlumata görə, Bakı Mühəndislik, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Pedaqoji Universitetinin, Azərbaycan Turizm və Menecment İnstitutunun, Mingəçevir Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rektorları, Təhsil Nazirliyinin rəhbər şəxsləri, eləcə də bir sıra ali təhsil müəssisələrinin səlahiyyətli nümayəndələri iştirak ediblər.

“Zoom” platforması üzərindən təşkil olunan vebinara 200-dən çox iştirakçı qatılıb.

Tədbirdə ilk olaraq Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Tovuz rayonu ərazisində qəhrəmanlıqla şəhid olan əsgər və zabit heyətinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Vebinarda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İstanbul Texniki Universitetinin rektoru Mehmet Karaca, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş katibi Eden Mamut açılış nitqi ilə çıxış ediblər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov təşkilatçılar adından iştirakçıları salamlayaraq, vebinarın distant və onlayn təhsil sahəsində mövcud olan suallara cavab axtarılması və yeni təkliflərin meydana çıxması baxımından faydalı olacağına inandığını bildirib.

O qeyd edib ki, distant təhsilin yekunlarına görə verilən diplom və ya sertifikat hələlik keyfiyyətli təhsilin göstəricisi kimi qəbul olunmur. Buna görə də E.Qasımov təklif edib ki, həm təhsil verənlər, həm pedaqoji heyət daim öyrənməli, yeni texnologiyalar və tendensiyaları vaxtında tətbiq etməyi bacarmalıdırlar.

“Tələbələr bizdən yüksək təhsil gözləyirlər. Buna görə də vaxtaşırı belə tədbirlər, fikir və təcrübə mübadiləsi aparılmalıdır. Bizim borcumuzdur ki, distant təhsili də ən yüksək formada təşkil edək. Bakı Ali Neft Məktəbində pandemiya dövründə qısa müddət ərzində onlayn və distant dərslərin, imtahanların uğurlu tətbiqi sayəsində təhsilin fasiləsizliyini təmin etmək mümkün oldu. Amma mövcud vəziyyət uzun sürərsə, biz yeni tədris ilindən daha mütəşəkkil qaydada distant təhsilə keçidi təmin etməliyik” – deyə rektor qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxışı zamanı bildirib ki, pandemiya dövrü distant təhsilə yeni hüquq verib. O bildirib ki, UNEC-də distant təhsillə bağlı işlərə 2016-cı ildə başlanılıb və 2 il ərzində hazırlıq işləri aparılıb. Bu müddət ərzində 20 min tələbəyə distant təhsil verə biləcək distant təhsil mərkəzi qurulub. 2018-ci ildə istifadəyə verilən mərkəz texnoloji baxımdan universitetə geniş imkanlar yaradıb.

Ə.Muradov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən bütün universitetlər distant təhsillə bağlı “distant təhsil keyfiyyətsiz təhsildir”; “distant təhsil heç zaman Azərbaycanda tətbiq olunmayıb”; “tədqiqat institutları bu sahədə tədqiqat aparmayıb”; “distant təhsil üzrə pedaqoji heyət yoxdur” kimi ciddi əsası olmayan miflərlə üz-üzə qaldı. Buna baxmayaraq, Azərbaycanda müəllimlərin qısa zaman ərzində texnoloji bilikləri mənimsəməsi distant təhsildə heç bir problem yaratmayıb.

“Mən deyərdim ki, distant təhsil universitetlər arasında sərhədləri aradan qaldırdı. Distant təhsilin qüsuru isə sosiallaşma ilə bağlı öz üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsidir. Distant təhsilin onlayn olmayan formaları da var. Amma biz bu haqda düşünmədik və bu, bizə ciddi problemlər yaradır. Belə ki, bu, müxtəlif vaxt qurşaqlarında yerləşən ölkələrdəki əcnəbi tələbələrin universitetlərə qəbulunu mümkünsüz edir. Distant təhsil universitetlər arasında sərhədləri aradan qaldırır və tələbələr başqa universitetlərin dərslərini rahatlıqla dinləmə imkanı əldə edirlər. Bəs belə olan halda tələbələr kütləvi olaraq yerli universitetlərdən uzaqlaşarsa, nə baş verə bilər? Əsas sual budur” – deyə E.Muradov vurğulayıb.

UNEC rektoru distant təhsilin bahalı təhsil olduğunu, bunun da ən son texnologiyaların tətbiqi, texnologiyaların və proqram təminatlarının çox sürətlə yenilənməsi ilə əlaqəli ortaya çıxdığını bildirib. O, eyni zamanda distant təhsildə virtual laboratoriyaların, dərsliklərin alınmasına, müəllimlərin mütəmadi şəkildə təlimlər keçməsinə ciddi ehtiyac olduğunu və bunun üçün də investisiya tələb olunduğunu qeyd edib. Ə.Muradov çox vaxt universitetlərin bu imkana malik olmadığını da dilə gətirib.

İstanbul Texniki Universitetinin rektoru Mehmet Karaca isə çıxışı zamanı bildirib ki, pandemiya ümumilikdə dünyanı dəyişib. Onun sözlərinə görə, artıq bir çox dünya universitetləri təhsili onlayn davam etmək niyyətindədirlər. “Boston, Harvard, Kembric kimi aparıcı universitetlər bu ilin sonunadək, hətta gələn ilin əvvəlində də təhsilə onlayn davam etmək qərarını verib. Böyük ehtimalla Tükiyədə də ən pis halda bu ilin sonuna qədər onlayn təhsilə davam edəcəyik. Bir məqamı qeyd edim ki, onlayn təhsildə bəzi sahələr çox önə çıxacaq, bəzi sahələr isə ortadan qalxacaq. Belə bir radikal düşüncə var ki, valideynlər 4 illik təhsilin lazımsız olduğunu düşünməyə başalaya bilərlər. Sadəcə sertifikatlarla iş sahibi ola bilmə ehtimalı üstünlük qazana bilər”.

M.Karaca 150 illik tarixi olan İTU-nun distant təshilə 5 il əvvəl başladığını xatırladıb. Ninova Təhsil Mərkəzinin qurluması ilə sinxron təhsilə keçid baş verib, 6 apreldən etibarən isə distant və onlayn təhsilə başlanıb. Bu müddət ərzində 26 milyon tələbə dərsləri təqib edib, 1,5 milyon dəqiqə sinxron təhsil verilib.

İTU rektoru qeyd edib ki, internet bağlantısı problemi olan tələbələr üçün yenidən səbəb imtahanları təşkil edilib. Bundan başqa, Yay Məktəbinin müddəti 5 həftəyə endirilib, kredit sayı azaldılıb.

Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş katibi Eden Mamut bildirib ki, rəhbərlik etdiyi təşkilat 120 universiteti birləşdirir. Şəbəkənin üzvləri arasında Avropa Birliyi və Avrasiya regionundan universitetlər var. Bu baxımdan o hesab edir ki, Qara Dəniz Universitetləri Şəbəkəsi distant təhsildə körpü rolunu oynaya bilər.

“Pandemiya dönəmində distat təhsillə bağlı çoxlu sayda belə konfranslar keçirildi. Diqqətinizə çatdırım ki, Amerika və Avropadan olan professorlar da bu gün burada deyilən problemləri ortaya qoyur. Nə qədər texnoloji inkişafa malik ölkələr olsalar da, heç bir universitet distant təhsilə tam hazır deyildi və hələ də hazır deyil. Çünki hibrid sistemi ortaya çıxır ki, bu sistemin də haradan başlayıb, haraya gedəcəyini heç kim bilmir. Buna görə də texnologiyalardan istifadə edərək yeni formalar düşünməliyik”.

Bundan başqa, Baş katib zəruri ehtiyac duyulan sahə və ixtisas üzrə Qara dəniz regional magistr proqramının yaradılmasını təklif edib.

Daha sonra İstanbul Texniki Universitetinin Tədris işləri üzrə prorektoru Fuat Aydın, Elm və tədqiqat işləri üzrə prorektoru Alper Ünal, İnformasiya texnologiyaları Mərkəzinin müdiri Cüneyt Tantu məruzəçi qismində təqdimatla çıxış ediblər.

Vebinar sual-cavabla yekunlaşıb.

Onların hər biri şəhidlik zirvəsinə ucalaraq vətənimizin başını uca etdilər - Elçin Quliyev
Onların hər biri şəhidlik zirvəsinə ucalaraq vətənimizin başını uca etdilər - Elçin Quliyev
DSX-nin şəhid hərbçiləri II Şəhidlər Xiyabanında dəfn olunacaq
DSX-nin şəhid hərbçiləri II Şəhidlər Xiyabanında dəfn olunacaq
Helikopter qəzasından sağ çıxan hərbçilər danışdı (VİDEO)
Helikopter qəzasından sağ çıxan hərbçilər danışdı (VİDEO)
Loading Bars
Xəbər lenti
Taksi sürücüsünə qarşı soyğunçuluq edən “müştəri” saxlanılıb (VİDEO)
Laçında hava limanının tikintisi bölgənin beynəlxalq statusunu artıracaq - Səttar Möhbalıyev
“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
Onların hər biri şəhidlik zirvəsinə ucalaraq vətənimizin başını uca etdilər - Elçin Quliyev
Metronun “Xocəsən” stansiyasında tikinti-quraşdırma işləri tamamlanır (FOTO)
Bəzi şəxslər helikopter qəzasından siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd göstərirlər - Kamran Əliyev
DSX-nin şəhid hərbçiləri II Şəhidlər Xiyabanında dəfn olunacaq
Metronun daha bir deposunun inşasında birinci mərhələ davam edir (FOTO)
Laçın rayonun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir - Tamam Cəfərova
Bakıda metro stansiyası yaxınlığındakı yanğın söndürülüb
Putinlə Ərdoğan arasında telefon danışığı olacaq
Sabah hava necə olacaq?
Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib (FOTO)
AQTİ ictimai iaşə sahəsində çalışan mütəxəssisləri təlimə dəvət edir
Bərdə sakinlərindən “patı” götürülüb (FOTO)
"Omikron" ştammının mutasiyaları mövcud vaksinlərə qarşı dayanıqlı ola bilər - CDC
Bakıda yaşayış binasındakı yanğın söndürülüb
Yaxın saatlarda hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Helikopter qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirildi (FOTO/VİDEO)
Bakıda universitetin qarşısında kütləvi dava olub, 2 nəfər bıçaqlanıb
Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkumlardan 666-ı azad edilib - İdarə rəisi
Helikopter qəzasından sağ çıxan hərbçilər danışdı (VİDEO)
İki nəfər Vətən müharibəsi iştirakçısı Amnistiya aktı ilə cəzadan azad edildi
Helikopter qəzasında şəhid olanların cənazələri vida mərasimi üçün yola salınıb (FOTO/VİDEO)
Daha 60-a yaxın məhkuma Amnistiya aktı şamil olunub (FOTO)
Dekabr ayında hava necə olacaq? - AÇIQLAMA
Dənizçilərə sertifikatların verilməsi prosesi sadələşdirilib
Azər Türk Bank kredit kampaniyasının müddətini uzadıb
Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib
AccessBank Qarabağın dirçəlişinə dəstək olur (FOTO)
Prezident İlham Əliyev Nursultan Nazarbayevə zəng edib
Könül Nurullayeva beynəlxalq tədbirdə Azərbaycanda qadınların ictimai-siyasi fəallığından danışıb (VİDEO)
Bir ildə Azərbaycanda 7600-dən çox şəxs insultdan ölüb - Nazirlik
Ağcabədidə 40-dan çox qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb (FOTO)
Bakıda tanışını vuraraq xəsarət yetirən şəxs tutulub
Belarus səfirliyi Azərbaycana başsağlığı verib
Rusiya səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Britaniya səfiri Tərtərdə minatəmizləmə işləri ilə tanış olub (FOTO)
ABŞ səfiri Azərbaycana başsağlığı verib
Azərbaycan nefti ucuzlaşıb
Ötən gün toylarda karantini pozan 9 nəfər cərimələnib
Laçın Şərqi Zəngəzurun ən abad guşələrindən birinə çevriləcək - Kamaləddin Qafarov
Beyləqanda polis güllələndi
Ceyhun Bayramov ATƏT xarici işlər nazirlərinin iclasında iştirak edəcək
Masallıda evdən çıxan iki koronavirus xəstəsi saxlanılıb (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
Göygöldə “fizika müəllimi” və cinayətkar dəstəsi saxlanılıb (FOTO/VİDEO)
Azərbaycanın neft ixracı azalıb
Ötən gün borca görə 49 nəfər saxlanılıb
Ötən gün küçədə 8 koronavirus xəstəsi aşkarlanıb
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb (FOTO)
Laçına suyun verilməsi təmin edilib (FOTO)
"Omikron" ştammı yoluxmaları artıra bilər - İnfeksionist
Göygöldə “fizika müəllimi” və cinayətkar dəstəsi ifşa edilib (FOTO)
NASA astronavtlarının açıq kosmosa çıxma tarixi məlum olub
Braziliyada "omikron" ştammının ilk halları təsdiqlənib
ABŞ-da mütəxəssislər COVID-19-a qarşı dərmanın istifadəsinə icazə verməyi tövsiyə edib
Meksikanın şərqində qaz partlayışı olub, yaşayış binası tamamilə dağılıb
ABŞ-da məktəbdə atışma nəticəsində xəsarət alanların sayı 8-ə çatıb
ÜST xaricə səyahətə tam qadağa ilə "omikron" ştammını dayandırmağı qeyri-mümkün hesab edib
Avropada "omikron" ştammı ilə 44 yoluxma halı qeydə alınıb
ABŞ-da məktəbdə atışma olub, 3 nəfər həlak olub
Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı - Selcuk Bayraktar
Aİ nümayəndəliyinin rəhbəri helikopterin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib
Laçının işğaldan azad edilməsindən bir il ötür (VİDEO)
Türkdilli ölkələrin əlaqələri yeni mərhələdə (VİDEO)
İtaliyanın Azərbaycandakı səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib
Brüssel görüşündən gözləntilər nələrdir? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
STAR neft emalı zavodu idxalını azaldıb
Qəzaya uğrayan helikopter 24 nəfərlik olub
Güclü duman səbəbindən AZAL-ın təyyarəsi hava limanına qayıtmağa məcbur olub
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi helikopter qəzası ilə bağlı başsağlığı verib
Azərbaycanın qeyri-neft ixracı 42 faiz artıb
“Azərkosmos”un xidmət ixracından gəliri 40 milyon dollara yaxınlaşıb
Fransanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib
Azərbaycan qaz ixracını 34 faiz artırıb
Britaniya səfiri helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
Bu il dünya ticarəti 23 faiz artacaq - BMT
Gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin mütəxəssisləri üçün imtahan keçirilib (FOTO)
Fidan Hüseynova İnformatika üzrə beynəlxalq olimpiadada gümüş qazandı
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
Helikopter qəzasına səbəb kimi hər hansısa kənar təsirdən söhbət gedə bilməz - Elçin Quliyev
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva helikopter qəzasında həlak olanların dəfni ilə bağlı müvafiq tapşırıqlar verib
Prezident İlham Əliyev helikopterin qəzaya uğraması ilə bağlı ətraflı araşdırma aparılmasını tapşırıb
Helikopter qəzasında həlak olanlara şəhid statusu veriləcək - DSX rəisi (VİDEO)
İran XİN helikopter qəzası ilə bağlı ölkəmizə başsağlığı verib
Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib (FOTO/VİDEO)
Helikopter qəzası ilə bağlı yaradılan istintaq qrupu Sənan Paşayevin icraatına verilib
Mətbuat Şurası Tofiq Yusifin vəfatı ilə bağlı nekroloq yayıb
Milli Məclisdə narkomaniya ilə mübarizəyə dair dinləmə keçirilib (FOTO)
Helikopter qəzası ilə bağlı şahidlər dindirilir - Baş Prokurorluq
Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verib
Qəzaya uğrayan hərbi helikopterin qara qutusu tapılıb
İsrail səfiri Azərbaycana başsağlığı verib
Əlaqələndirmə Qərargahının ötən bir illik fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib (FOTO)
Helikopterin qəzaya uğramasında hər hansı kənar müdaxilənin olması istisna edilir - Baş Prokurorluq
600 min manatı Şamxal Həsənliyə vermişəm - Vüqar Səfərlinin məhkəməsindən
Hulusi Akar Zakir Həsənov və Elçin Quliyevə başsağlığı verib
Daha 4 müəssisədə pozuntular aşkarlanıb
Bütün xəbərlər