...

İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi dəyişdirildi

Cəmiyyət Materials 7 Avqust 2020 11:22 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinə dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi dəyişdirildi

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinə dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151 235 400 manat məbləğində təsdiq edilməsi təklif edilir. Əvvəl bu rəqəm 128 235 400 manat məbləğində idi.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti