...

Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeni direktor təyin olundu

Cəmiyyət Materials 20 Avqust 2020 10:39 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeni direktor təyin edilib.

Bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib.

Məlumata görə, bu barədə birlik rəhbəri Ramin Bayramov avqustun 7-də əmr imzalayıb. Əmrə əsasən Həsənov Fərhad Rüfət oğlu xəstəxananın direktoru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl adıçəkilən xəstəxananın direktoru Kabus Dadaşov vəzifəsindən azad olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti