...

Nazir: Əsgərlərimizin vətənpərvər yetişməsində müəllimlərin əməyi danılmazdır

Cəmiyyət Materials 5 Oktyabr 2020 11:31 (UTC +04:00)
Nazir: Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində müəllimlərin əməyi danılmazdır
Nazir: Əsgərlərimizin vətənpərvər yetişməsində müəllimlərin əməyi danılmazdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onlara milli ruhun aşılanmasında müəllimlərin əməyi danılmazdır.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə ünvanladığı müraciətdə bildirib.

Nazir müəllimlərə müraciətində daha sonra bunları qeyd edib: "Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edirəm! Təkcə bu gün deyil, şagirdinizin, tələbənizin uğuruna sevindiyiniz hər gün sizin gününüz, bayramınızdır.

Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onlara milli ruhun aşılanmasında sizin əməyiniz danılmazdır. Siz sadəcə övladlarımızı öyrətmirsiniz, həm də Vətən üçün layiqli vətəndaş, əsgər yetişdirirsiniz. Bu missiyanı şərəflə yerinə yetirdiyinizə görə Sizə təşəkkür edirəm!

Pandemiya şəraitində sizin zəhmətiniz xüsusilə qeyd edilməlidir. Bu çətin günlərdə fədakar əməyinizə, göstərdiyiniz dəstəyə görə çox sağ olun!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti