...

Koronavirusa yoluxma niyə artır? - Maska yaddan çıxıb, sosial məsafə gözlənilmir (FOTOREPORTAJ)

Cəmiyyət Materials 15 Oktyabr 2020 17:01 (UTC +04:00)
Koronavirusa yoluxma niyə artır? - Maska yaddan çıxıb, sosial məsafə gözlənilmir (FOTOREPORTAJ)

Bakı. Asif Mehman - Trend:

Son günlər koronavirusa yoluxma sayında ciddi artım müşahidə olunur.

Trend-in məlumatına görə, yoluxma sayı bu gün son günlərin ən pik həddinə çataraq 530 olub.

Paytaxtda apardığımız müşahidələr onu göstərir ki, vətəndaşlarda arxayınlığın və laqeydliyin yaranması, xüsusi karantin rejiminə, gigiyena qaydalarına riayət olunmaması, maskadan istifadə edilməməsi, məsafə saxlanılmaması çətinliklə əldə olunmuş müsbət dinamikanın yenidən itirilməsinin və xəstəliyin sürətlə yayılmasının əsas səbəbidir.

Təəssüf ki, insanlar arasında əsassız arxayınlıq yaranıb. Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda artıq bir çoxları karantin qaydalarına əməl etmirlər.

Koronavirusla mübarizədə əməl etməli olduğumuz qaydalar hər kəsə bəllidir. İndi bu qaydaları vərdişə, həyat normasına çevirmək zərurdir.

Cəbhədə əsgərlərimizin sağlamlığının mühafizəsi həm də hər birimizin koronavirusla fəal mübarizəsindən birbaşa asılıdır.

Trend-in fotomüxbiri Zaur Mustafayevin bu gün şəhərin mərkəzi yerlərindən hazırladığı fotoreportajı təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti